Əfsanəvi futbolçu Çempionşip klubunda işləyəcək

efsanevi-futbolcu-cempionsip-klubunda-isleyecek
Oxunma sayı: 1471

İngiltərə millisinin sabiq kapitanı, əfsanəvi futbolçu Frenk Lempard yenidən baş məşqçi kimi çalışacaq.

“Qafqazinfo” xəbər verir ki, o, “Koventri”də işləyəcək.

“Çelsi” və “Everton”da işləmiş Lempard Çempionşipdə yarışan klubla 2 illik müqavilə imzalayıb.

O, şənbə günü “Kardif”ə qarşı keçiriləcək çempionat matçında yeni komandasını ilk dəfə meydana çıxaracaq.