Ötən il qatar yoluna çıxan 8 nəfər həyatını itirib - Video

oten-il-qatar-yoluna-cixan-8-nefer-heyatini-itirib
Oxunma sayı: 217

“Azərbaycan Dəmir Yolları” (ADY) maşinistləri 2025-ci ildə qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama ediblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb. 

Bildirilib ki, qatar qarşısına çıxan qəfil maneələrə görə 18 dəfə toqquşma qaçılmaz olub. Nəticədə 10 nəfər ağır xəsarət alıb, 8 nəfər isə ölüb:

“Unutmayın, qatarı dərhal saxlamaq fiziki olaraq qeyri-mümkündür və bunun üçün böyük məsafəyə ehtiyac var.

Dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməmək, sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək mütləqdir!

ADY üçün təhlükəsizlik prioritetdir. Bu məqsədlə davamlı olaraq sosial mediada maarifləndirmə kampaniyaları təşkil edilir, dəmir yolu ətrafında yerləşən məktəblərdə bununla bağlı xüsusi təlimlər keçilir”.