Almaniyanın “Ayntraxt” klubu baş məşqçi postu üçün Xabi Alonsonu əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, klub rəhbərliyi yeni mövsüm öncəsi komandanın oyun üslubunu yeniləmək və daha ambisiyalı layihəyə başlamaq üçün ispan mütəxəssisi ciddi variant kimi qiymətləndirir.
Xabi Alonso hazırda Avropada ən perspektivli gənc məşqçilərdən biri sayılır və onun çalışdırdığı komandalar hücumameyilli, dinamik futbolu ilə seçilir. “Ayntraxt” rəhbərliyi də məhz bu modelə uyğun bir baş məşqçi axtarışındadır.
Qeyd edək ki, tərəflər arasında hələlik rəsmi razılaşma yoxdur və danışıqların davam etdiyi bildirilir.
Xatırladaq ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar yanvarın 21-də Bakıda qarşılaşacaq. Alonso artıq 4 matçda Qurban Qurbanovun yetirmələri ilə rəqib kimi üz-üzə gəlib. Ağdamlılar Avropa Liqasında həm qrupda, həm də pley-off oyunlarında leverkuzenlilərin baş məşqçisi olan ispan mütəxəssisə çətin anlar yaşatmışdı.
Son xəbərlər
Son Xəbərlər