Ötən ilin 11 ayında neçə əkiz doğulub?

oten-ilin-11-ayinda-nece-ekiz-dogulub
Oxunma sayı: 279

2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88135 doğulan körpə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəmdir.