“Yaponiya, Koreya - hamısı Kitaydır” - Video

yaponiya-koreya-hamisi-kitaydir
Oxunma sayı: 2031

Meyxanaçı Balaəli Maştağalı son açıqlaması ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, meyxanaçı “Zarafat bir yana” adlı yutub proqramında qonaq olarkən müzakirələrə səbəb olan fikirlər səsləndirib.

Belə ki, Balaəli özünə məxsus brend yaratmaq niyyətində olduğunu və ona “Aliço” adını verəcəyini bildirib. O, bu məqsədlə Çinə getmək istədiyini də qeyd edib: “Bir ağsaqqal var, ondan xahiş etmişəm ki, məni ora, Kitaya aparsın. O, kənarda dursun, hər şeyi özüm edəcəyəm”.

Bu açıqlamadan sonra proqramın aparıcısı ilə onun arasında maraqlı dialoq yaranıb. Meyxanaçı söhbət zamanı “Nissan” markalı avtomobillərin Koreya istehsalı olduğunu iddia edib. Həmçinin o, Yaponiya ilə Koreyanın ümumilikdə Kitay olduğunu söyləyib.

Qeyd edək ki, Balaəli Maştağalı bundan əvvəl də “LC Waikiki” mağazalar şəbəkəsinin adını “Şvaykiki” kimi tələffüz etməsi ilə diqqət çəkmişdi.

Verilişdən həmin hissəni təqdim edirik: