Əfv Məsələləri Komissiyasının ilk iclası keçirildi - Yenilənib

efv-meseleleri-komissiyasinin-ilk-iclasi-kecirildi
Oxunma sayı: 4294

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Komissiya üzvü Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Məlumata görə, bu il komissiyada 700-dən çox müraciətə baxılacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.

Komissiyanın iclasında gərgin və məhsuldar müzakirələr aparılıb.

Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir.