Bu gün Qafqaz Müsəlmanları İdarəsində Dini Təkmilləşdirmə kurslarının açlışı keçirilib.
QMİ sədri bildirib ki, torpaqlarımız düşmən tapdağı altındadır: “Bu gün öz torpaqlarımızın qeyrətini çəkməkdənsə, bir şuşalının gedib Suriyada döyüşməsi nə qədər məntiqə uyğun ola bilər? Yaxud ordan qayıdanda dini ayrı-seçkilik salması nə dərəcədə düzgündür? Biz nə üçün sünni-şiəni ayırmalıyıq? Bu kursların açılmasında məqsəd həm də odur ki, sünni, şiə, imam, axundlar orda oxusun. Biz özümüz də dəyişmək istəyirik. Müasir həyatla uyğunlaşmaq istəyirik. Mən istəyirəm ki, imamlar da müasir həyata uyğunlaşsınlar. Siz insanlara elə bir İslam çatdırmalısınız ki, Allahın, peyğəmbərin dediklərinə uyğun olsun. Biz təfriqə yaratmamalıyıq. Bəlkə mənim yanıma gündə nə qədər adam gəlib müraciət edir. Analar deyir ki, qaytar oğlumu. Ana deyir ki, ölüsünü qaytar. Gör ana o dərəcəyə çatıb ki oğlunun ölüsünü qaytarmağı istəyir. Bəziləri bundan narahat olurlar. Mən öz dövlətimdən danışıram Azərbaycan dövlətində hansısa cərəyanlar dindən ekstremist şəkildə istifadə edirsə, biz ruhani idarəsi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Kim təriqətlərarası ayrı-seçkilik salarsa, istər vəhhabi, istər nurçu, istər təkfirçi, istər sünni, istərsə də şiə olsun, biz onlara qarşı mübarizə aparacağıq. Əgər mənim başıma bir iş gəlsə, davamçılarım bu yolu davam edəcəklər”.
A. Paşazadə əlavə edib ki, kusrlarda oxumaq istəyənlər üçün hər cür şərait yaradılıb: “Sizin üçün yemək şəraiti yaradılıb. Bu yeməklərdən heç mən yemirəm. Səhər baxdım. Hər şərait var. İstəyirik ki, siz oxuyasınız. Paltarlar, yatmaq yerləri bütün şərait yaradılıb. İnşallah burda toplaşmağın xeyrini də görəcəyik. Mən sizdən gələcək övladlar gözləyirəm. Quran axirət, gələcək islamçılıq yaxşı şəkildə öyrənilsin. Mən həm də sizə bunları vəsiyyət edirəm. Siz mənim övladlarımsınız”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər