Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, fevralın 21-də və 22-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng götürüb.
Bundan başqa, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər