“Əhalinin alıcılıq qabiliyyətinin qorunması üçün tədbirlər davam etdiriləcək”

ehalinin-aliciliq-qabiliyyetinin-qorunmasi-ucun-tedbirler-davam-etdirilecek
Oxunma sayı: 929

“Cari ildə cəmiyyətimizi narahat edən məsələlərlə bağlı suallar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında bildirib.

Baş nazirin sözlərinə görə, deputatlar tərəfindən qaldırılan bir çox məsələ öz həllini tapıb: “Nazirlər Kabinetində inflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi Qrupu tərəfindən inflyasiyanın araşdırılması və təhlili istiqamətində zəruri tədbirlər görülür. Əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması istiqamətində zəruri tədbirlər davam etdiriləcək.

2024-cü ilin dövlət büdcəsinin xərclərinin 43 %-i, büdcənin cari xərclərinin 70 %-i məhz sosial yönümlü xərclərdir. 2023-cü illə müqayisədə isə bu xərclər 6 milyard manat və ya 1,6 dəfə artıb. Son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 islahat paketi icra olunub və bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib. 

Zaur Mirzə