Xətai rayonunda yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, Əhmədli qəsəbəsi Mirzə Davud küçəsində yerləşən evdə açıq alovla müşahidə edilən yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazidə təhlükəsizlik tədbirləri görülüb: “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.
***
FHN-in məlumatına əsasən, yanğın nəticəsində binanın ikinci mərtəbəsində yerləşən sahəsi 56kv.m. olan 3 otaqlı mənzilin mətbəxi 12kv.m. və dam örtüyünün yanar konstrukiyaları 50kv.m. sahədə yanıb.
Mənzilin və dam örtüyünün qalan hissəsi, qonşu mənzillər yanğından mühafizə olunub.