Eldar Mansurovla Levent Yüksel bir arada - Video

eldar-mansurovla-levent-yuksel-bir-arada
Oxunma sayı: 813

Xalq artisti Eldar Mansurov tanınmış türkiyəli müğənni Levent Yüksellə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xalq artisti sosial şəbəkə hesabında paylaşım edib.

“Türkiyənin məşhur müğənnisi Levent Yüksel 31 il əvvəl “Zalim” mahnısını oxuduqdan sonra, nəhayət ki, bu il onunla görüşdük”, - bəstəkar paylaşımında bildirib.

Qeyd edək ki, Eldar Mansurovun “Bayatılar” mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa edib. 
“Bayatılar”ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

L.Yükselin ifasında və klip şəklində təqdim etdiyi “Zalim” uzun illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır.  “Zalim” adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya məxsusdur.