Ələkbərov Putinin təklifini qəbul etmədi - Şirkəti 30 milyard itirdi

elekberov-putinin-teklifini-qebul-etmedi
Oxunma sayı: 7335

“Lukoyl”un prezidenti Vahid Ələkbərov “Rosneft”lə bağlı dövlət başçısı Putinlə apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin danışıqlar zamanı prezident Putinin Ələkbərovdan “Lukoyl” şirkətinin “Rosneft” səhmlərinin alınmasında iştirak etməsini təklif etdiyi bildirilir. Bununla yanaşı, iş adamı dəfələrlə bəyan edib ki, onun şirkəti “Rosneft”in özəlləşdirilməsində iştirak etməyəcək.

Qeyd edək ki, Ələkbərov 22,7 faiz payla “Lukoyl”un əsas səhmdarıdır. Şirkətin qiymətli kağızları noyabrın 2-si 3,9 faiz, növbəti gün isə Moskva birjalarında daha 1 faiz ucuzlaşıb.