“Elektomobillər ƏDV-yə cəlb ediləcək”

elektomobiller-edv-ye-celb-edilecek
Oxunma sayı: 3565

“Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

Ş.Bağırov bildirib ki, gömrük xətti ilə daxilolmalar adətən idxal əməliyyatlarla başa gəlir:

“İdxal zamanı gömrük tarifləri tətbiq edilir. Bizim büdcə daxilolmaları əsasən ƏDV-dən formalaşır. Elektomobillər ƏDV-yə cəlb ediləcək. Bu güzəşt ləğv edilsə də, 5 ildən artıq müddətdir ki, tətbiq olunurdu. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1760 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.