Elektrik mişarı ilə barmaqlarını kəsdi

elektrik-misari-ile-barmaqlarini-kesdi
Oxunma sayı: 1457

Şəkidə 29 yaşlı gənc ehtiyatsızlıqdan barmaqlarını kəsib.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Oxut kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Toğrul Sahib oğlu həyətdə iş görən zaman elektrik mişarı ilə sol əlinin iki, üç və dördüncü barmaqlarının üst hissəsini kəsib. Yaralı yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanada yaralıya yardım göstərilib, barmaqların kəsilmiş hissələrinə tikiş qoyulub. Müalicəsi davam etdirilir.

Mübariz Muradov