11 ildir ki, həbsdə olan keçmiş Səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.
Keçmiş nazirin vəkili Toğrul Babayev bildirib ki, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib.
Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.
Son xəbərlər
Son Xəbərlər