Əliyev növbədənkənar prezident seçkilərindən - Danışdı

eliyev-novbedenkenar-prezident-seckilerinden
Oxunma sayı: 9545

Dövlət başçısı İlham Əliyev növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. 

"Qafqazinfo" xəbər verir ki, prezident "Ria-Novosti"yə müsahibəsində bu haqda danışmağın tez olduğunu bildirib və növbədənkənar səsvermənin keçirilməsi ilə bağlı şayiələri təkzib edib.

“Seçkilərin müddətini dəyişmək fikrimiz yoxdur. Bilirəm ki, Azərbaycanda, eləcə də xaricdə bununla bağlı hansı söhbətlər gedir. Belə plan yoxdur, buna ehtiyac görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri (2018-ci ildə -red.) 2 il sonra keçiriləcək. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün kifayət qədər vaxt var. Əgər bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, bu inamı doğrultmağa çalışacam.

Bu ildən yaxşı göstəricilərlə çıxmağımıza baxmayaraq, 2016-cı il Azərbaycan üçün iqtisadi baxımdan ən ağır il oldu. Eyni zamanda, bu il Azərbaycan əhalisinin əksəriyyəti tərəfindən dəstəklənən referendum keçirdik. Hətta bizi həmişə tənqid edən ATƏT belə müşahidə etdi və maksimum pozitiv nəticə verdi. Cəmi 20-dən bir az çox şikayət oldu. Bizim 5 min seçki məntəqəmiz var və cəmi 20 şikayət. Bu, bizim açıq demokratik proses keçirməyimizin daha bir göstəricisidir”.