“Eltacın mənə maşın almaq arzusu vardı. Deyirdi, ata, sənə Novruz bayramında sürpriz edəcəyəm. Sürprizi bircə bacısı bilirmiş”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Xəzər” TV-yə ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin atası deyib.
“20 ildir Masazırda yaşayıram, yollarımız pis gündə idi. Bu iş başıma gələndən sonra o pulu ora qoydum ki, gəlib-gedən ona rəhmət oxusun”, - o qeyd edib.
Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.
Son xəbərlər
Son Xəbərlər