Buzlar əridi... - Elvin əsas heyətə qayıtdı - Video

buzlar-eridi
Oxunma sayı: 2432

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün məşqə qoşulub.

Qeyd edək ki, futbolçu artıq komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.

Xatırladaq ki, Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

Elsevər Məmmədov