“Əmək pensiyasında olan hərbçilərin aylıq məvacibinə əlillik dərəcəsi tətbiq olunmasın”

emek-pensiyasinda-olan-herbcilerin-ayliq-mevacibine-elillik-derecesi-tetbiq-olunmasin
Oxunma sayı: 2935

Bu gün Milli Məclisdə büdcə müzakirələri zamanı millət vəkili Elnur Allahverdiyev əmək pensiyasında əlilliyi olan hərbçilərin aldıqları aylıq məvacibə toxunub.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili aylıq məvacibə əlavə edilən bəzi xərclərin əlillik dərəcəsinə görə deyil, bütöv verilməsini təklif edib:

“Əmək pensiyasında olan və əlliliyə malik hərbçilərimizə onlar üçün nəzərdə tutulmuş aylıq məvacib əlillik dərəcəsinə müvafiq olaraq ödənilir. Bu xərclər vəzifə maaşı, rütbə maaşı, məharət dərəcəsinə görə vəzifə maaşının müəyyən hissəsi, Prezident əlavəsi, ərzaq payı və s.dir. Bu vəsaitlər hamısı bir yerə toplanır və əlilliyinin dərəcəsinə görə hərbçiyə düşən miqdarı ödənilir. Burada vacib bir məqam var. Tutaq ki, ərzaq pulu 64 manatdır. Hərbçi 3-cü qrup əlildir və ona aylıq məvacibin 55% ödənilir. Olarmı ki, həmin bölgü misal üçün, 64 manatlıq ərzaq payına tətbiq olunmasın? Bu 64 manatla qidalanmaq onsuz da real görünmür, onun 55% isə tən yarısı deməkdir. Xahiş edirəm bu məsələyə imkan düşən kimi bir daha baxılsın”.