Əməliyyatdan sonra ilk dəfə görüntüləndi - Foto

emeliyyatdan-sonra-ilk-defe-goruntulendi
Oxunma sayı: 5280

Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middleton yanvarda keçirdiyi abdominoplastika əməliyyatından sonra ilk dəfə görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “New York Post” qəzeti yayıb.

Nəşrin əldə etdiyi görüntülərdə 42 yaşlı Uels şahzadəsinin “Audi” markalı avtomobildə sərnişin oturacağında, anasının isə sükan arxasında əyləşməsini görmək mümkündür.

Fotonun Vindzor qəsrinin yaxınlığında lentə alındığı bildirilir.

Qeyd edək ki, Keyt Middleton 2 aydır ictimaiyyət qarşısında çıxış etməyib, eləcə də foto və videolarını paylaşmayıb. Ölkə mediasında onun əməliyyatdan sonra səhhətinin bərpasının martın sonuna qədər davam edəcəyi qeyd olunur. Bildirilib ki, şahzadənin ictimaiyyət nümayəndələri ilə görüşünün nə vaxt mümkün olacağı həkimlərin tövsiyələrindən və özünü necə hiss edəcəyindən asılıdır.