Emil Bədəlov qızının adına şirkət yaratdı - Fotolar

emil-bedelov-qizinin-adina-sirket-yaratdi
Oxunma sayı: 9914

Müğənni Emil Bədəlov sahibi olduğu “S Group Travel” adlı turizm şirkətinin açılışını edib.

Qafqazinfo” xəbər verir ki, şirkətin açılış mərasimində şou dünyasının tanınmış simaları qatılıb.

Tədbirdə Abbas Bağırov, Ramal İsrafilov, İzzət Bağırov, Günay İbrahimli, Aysel Əlizadə, Sevil-Sevinc Səfərovalar, prodüser Tarix Əliyev və başqaları iştirak edib.

E. Bədəlov açılışda iştirak edən hər kəsə təşəkkürünü bildirib, yeni yaranan turizm şirkəti barədə məlumat verib.

“Belə bir fikir çoxdan var idi. Qəti qərara gəldim və şirkəti yaratdım. Turizm şirkəti digərlərindən fərqlənir. Bu qurumun sahibi müğənni Emil Bədəlovdur. Sənət yoldaşlarım ətrafımdadır. Peşəkar bir kollektivimiz var, müştərilərə yüksək xidmət göstərəcəyik. Dost şirkətlərlə müqavilə bağlayıb çalışacağıq. Şirkətin adı qızım Səadətlə bağlıdır”.

Xidmətlər:

-Dünyanın məşhur kurortlarına fərqi və qrup turları

-Biletlərin bronlaşdırılması

-Dünyanın bütün otellərində nömrələrin bronlaşdırılması

-Sərgilərə işguzar səfərlər

-Ekskursiya xidmətləri

-Siğorta

-Transfer

-Kruizlər

-Yaxtalar

-Dayvinq

-Şopinq turları

-Biznes turizmi

-Qış turizmi

-Viza və.s

Ünvan: Nəsimi rayonu, Azadlıq pr, 95

Tel : (+994 12) 409 59 59
        (+994 50) 444 59 59

Mail : [email protected]