Emin Əmrullayev 150 minə yaxın müəllimə SMS göndərdi

emin-emrullayev-150-mine-yaxin-muellime-sms-gonderdi
Oxunma sayı: 5504

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. 

“Qafqazinfo” xəbər verir ki, nazir 150 minə yaxın müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın uğurlarında, xalqımızın zəfərlərində sənin əməyin əvəzsizdir. Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, bu şərəfli işdə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə, Emin Əmrullayev”.