Ən aktiv və passiv seçki dairələri məlum oldu

en-aktiv-ve-passiv-secki-daireleri-melum-oldu
Oxunma sayı: 4344

Ümumxalq səsverməsinin (referendumun) saat 12:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 21305-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 19.59 faiz seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə yenə 19 Saylı Nərimanov Birinci Seçki Dairəsidir. Burada 45690 seçicidən yalnız 7276-i səs verib. Beləliklə bu dairədə 15.92 faiz seçici fəallığı qeydə alınıb.

MSK-nın 115 saylı qaynar xəttinə isə bir neçə sorğu xarakterli müraciətlər daxil olub.

Günel Türksoy