Magistraturaya qəbul imtahanının birinci mərhələsində ən yüksək nəticəni Tural Əhmədov göstərib.
“Qafqazinfo” xəbər verir ki, hazırlıq kurslarından birində riyaziyyat müəllimi kimi fəaliyyət göstərən T. Əhmədov mümkün olan 100 baldan 97 bal toplayaraq lider olub. Əvvəlki illərdə də imatahanda yüksək nəticə göstərən müəllim bu il rekordunu təzələyib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 26-da keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər