İranın xarici işlər naziri Seyid Abbas Əraqçi humanitar yardımlara və göstərilən dəstəyə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X” hesabında Azərbaycan dilində paylaşım edib.
“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, martın 10-da göndərilən ilk yardımdan sonra, martın 18-də Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan razılaşmaya əsasən, İrana ikinci humanitar yardım karvanı yola salınmışdı.
Son xəbərlər
Son Xəbərlər