Ərdoğan Gezeravcı ilə nələrdən danışdı? - Video

erdogan-gezeravci-ile-nelerden-danisdi
Oxunma sayı: 3645

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türk astronavtı Alper Gezeravcı ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti əvvəlcə Gezeravcıya tapşırığı uğurla yerinə yetirdiyinə görə təşəkkür edib:

“İnşallah Ankaraya gəldiyiniz zaman şəxsən görüşüb və bütün bu prosesi bizə ətraflı izah etsəniz çox məmnun olarıq. Sonra çox mühüm vəzifələr olacaq”.

Daha ətraflı vdieoda:

Xatırladaq ki, Türkiyənin ilk kosmos sərnişini Alper Gezeravcının da olduğu kosmik gəmi yanvarın 19-u Bakı vaxtı ilə 01:49-da NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb. Heyət ötən gün Yerə qayıdıb.