Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat paylaşıb.
Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik əlavə açıqlama verilməyib.
Qeyd edək ki, dövlət rəsmiləri Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasının iclası üçün Nyu-Yorkda səfərdədir.