Ərdoğan pakistanlı həmkarı ilə danışdı

erdogan-pakistanli-hemkari-ile-danisdi
Oxunma sayı: 1757

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT” məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Pakistan arasındakı əlaqələr müzakirə olunub.

Ərdoğan qarşıdakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası ilə nümunəvi ikitərəfli əlaqələrin daha da güclənəcəyini bildirib.

Türkiyə lideri Pakistanda törədilən terror aktlarında həyatını itirənlərə Allahdan rəhmət diləyib, Zərdarinin Qədr gecəsi və qarşıdan gələn Fitr bayramını təbrik edib.