“Bu o demək deyil ki, müxalifət olduğumuzdan yaxşı işləri görməməliyik”

bu-o-demek-deyil-ki-muxalifet-oldugumuzdan-yaxsi-isleri-gormemeliyik
Oxunma sayı: 4346

“Bizim üçün ən şərəfli hadisə Qarabağ müharibəsi və birgünlük antiterror hadisəsi oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizəd İsa Qəmbər deyib.

“Biz vətənpərvərik. Torpaqlarımızın işğaldan azad olunmasına görə sevinirik, qürur duyuruq. Biz hakimiyyəti tənqid etmişik, edəcəyik. Lakin bu o demək deyil ki, biz müxalifətik deyə yaxşı işləri görməməliyik, vaxtında atılan addımları dəyərləndirməməliyik”, - deyə siyasətçi qeyd edib.

***

İsa Qəmbər, həmçinin bildirib ki, dəyişiklər təkamül və dinc yolla getməlidir. O, bunun tərəfdarı olduğunu açıqlayıb: “Hakimiyyətlə cəmiyyət, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Media, vətəndaş cəmiyyəti, ziyalılar, siyasi qüvvələr birgə iradə ortaya qoymağı bacarmalıdırlar. Hesab edirəm ki, bu barədə düşünməyə dəyər. Zamanında bizim düşərgə xalqa, cəmiyyətə və hakimiyyətə müxtəlif proqramlar, konsepsiyalar təqdim edib. Hesab edirəm ki, intellektual axtarışlarda da prosesin önündə getməyi bacarmalıyıq”.

Zaur Mirzə