Ərdoğan Rəisi ilə görüşdü - Video - Yenilənib

erdogan-reisi-ile-gorusdu
Oxunma sayı: 3946

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə rəsmi səfər edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, İran Prezidenti səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq, eləcə də Türkiyə-İran Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. 

İki ölkə liderinin görüşü zamanı Qəzzadakı son vəziyyətlə yanaşı, İraq, Suriya, Cənubi Qafqaz, Əfqanıstan və Ukrayna ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.

***

Türkiyə və İran Prezidentləri arasında ikitərəfli görüş keçirilib.