“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video

cirpinirdi-qara-deniz-mahnisi-erdogan-ucun-yeniden-hazirlandi
Oxunma sayı: 4991

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi “Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün yenidən hazırlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsus olan mahnının mətni dəyişdirilərək “Senden Vazgeçmeyiz” adı verilib. 

Sözügedən klipi isə partiyanın İstanbul üzrə Nümayəndəliyinin rəhbəri Osman Nuri Kabaktepe öz sosial media hesabında paylaşıb. 

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşündən də görüntü yer alıb. Mahnı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.

Həmçinin oxuyun: Müdafiə Nazirliyini aldadan iş adamı kimdir? - 9 milyonluq yeyinti