Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Parlament Qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar verib.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, qrup bu gün bununla bağlı iclas keçirib.
Qərarın ardından Ərdoğanın AKP-dən prezidentliyə namizədliyi rəsmiləşib.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-ü keçiriləcək.