Ərdoğanın Trampla görüşü başladı - Fotolar - Yenilənir

erdoganin-trampla-gorusu-basladi
Oxunma sayı: 1105

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ABŞ Prezidenti Donald Tramp ilə təkbətək görüş keçirir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş çərçivəsində dövlət başçıları mətbuata açıqlama ilə çıxış ediblər. 

“NATO Sammitinin bu gün Ankarada keçirilməsi və bütün liderlərin hazırda ölkəmizdə bir araya gəlməsi, dəyərli dostum Trampın da bu tədbirdə iştirak etməsi bizə ayrı bir güc qatacaq”, - Ərdoğan bildirib.

Tramp isə Türkiyə lideri ilə aralarında çox gözəl münasibətin olduğunu deyib.

“Aramızda çox xüsusi bir münasibət var. Türkiyənin çox güclü lideri var. Güclü hərbi gücü var. Çox güclü bir ölkədir. Bu münasibətimiz sayəsində hər şey yaxşı gedir. Prezidentə çox böyük hörmətim var”, - ABŞ lideri söyləyib.

Türkiyəyə F-35 qırıcılarının tədarükü haqqında danışan Ağ Ev rəhbəri bu mövzunu müzakirə edəcəklərini deyib.