Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

trampin-ankarada-tehlukesizliyi-ucun-bu-tedbirler-goruldu
Oxunma sayı: 1056

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onun özü və təxminən 1000 nəfərlik komandası üçün bağlanıb.

Trampın 190 kvadratmetrlik prezident otağında qalacağı bildirilir. Otağın pəncərələri gülləkeçirməz, divarları ballistik raket zərbəsinə davamlıdır. Hoteli ABŞ-nin Məxfi Xidməti qoruyacaq.

D.Trampın Ankarada olacağı müddətdə hərəkət edəcəyi marşrutlar ciddi nəzarət altında olacaq. Dövlət başçısı Türkiyədə ABŞ-nin Məxfi Xidmətinin təhlükəsizlik standartlarına uyğun olaraq xüsusi istehsal edilən “The Beast” avtomobilində hərəkət edəcək. Avtomobil ağır zirehi, gülləkeçirməz şüşələri və xüsusi təhlükəsizlik sistemləri ilə diqqət çəkir. Ehtimal olunan hücumlara qarşı ən yüksək səviyyədə qorumanı təmin edəcək şəkildə layihələndirilən avtomobil dünyanın ən çox qorunan xidməti avtomobilləri sırasında yer alır.

Təxminən 1,5 milyon dollar dəyərindəki prezident avtomobili təhlükəsizlik məqsədilə bir-birinə bənzəyən çoxsaylı zirehli avtomobillər karvanında hərəkət edəcək.