Qazaxıstanın yeni Konstitusiyası əvvəlki ali qanunun qüvvədə olduğu dövrdə seçilmiş bir sıra vəzifəli şəxslərə, o cümlədən ölkə prezidentinə yenidən seçkilərdə namizədliyini irəli sürməyə imkan verir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin prezidentin müraciətinin baxılmasının nəticələrinə dair məlumatında bildirilir.
Qeyd edilir ki, 1 iyul 2026-cı il tarixindən sonra prezident vəzifəsinə təyinat, hətta şəxs əvvəllər bu vəzifəni tutmuş olsa belə, birinci hesab ediləcək.
“Şəxsin 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdə göstərilən vəzifələrdən birini tutması faktı özlüyündə Qazaxıstan Respublikasının Konstitusiyası qüvvəyə mindikdən sonra onun seçilməsi və ya təyin edilməsi üçün maneə yaratmır”, - məhkəmənin Konstitusiyaya verdiyi izahatda deyilir.
Bu isə o deməkdir ki, Qazaxıstanın hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev növbəti seçkilərdə iştirak edə biləcək.
Qeyd edək ki, referendumda iştirak edənlərin 87,15 %-nin dəstəklədiyi yeni Konstitusiya həmçinin ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, vitse-prezident vəzifəsinin bərpa edilməsi və s. dəyişiklikləri nəzərdə tutur.
Son xəbərlər
Son Xəbərlər