Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

ermenistan-novbedenkenar-seckiye-getmir
Oxunma sayı: 1719

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Bunun lazım olduğunu düşünmürəm. Bizim gördüyümüz iş qlobal geosiyasi dəyişikliklərə cavabdır”, - Paşinyan qeyd edib.