23 aprel 2024-cü il tarixində Mərkəzi Bankın təşkilatçılığı və ABA-nın dəstəyi ilə ABŞ-nin Vaşinqton şəhərində işgüzar səfər baş tutub.
“Qafqazinfo” xəbər verir ki, səfərin ikinci günündə “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” (BNY Mellon) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Honeyvell Texnologiya və Təcrübə Mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları tərəfindən süni intellektin bank əməliyyatlarında tətbiqi, risklərin idarəedilməsi, kreditləşmə sahəsində imkanlar, komplayns mövzularında təqdimat və çıxışlar edilmiş, suallar cavablandırılıb.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, internet bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.