“Bu ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir”

bu-ekspertizalar-yalniz-olke-daxilinde-heyata-kecirilir
Oxunma sayı: 2755

“Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin aşkar edilmiş qalıqları ilə bağlı aparılan ekspertizalar yalnız ölkə daxilində həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Selcan Familzadə deyib.

S. Familzadə bildirib ki, bunun üçün bütün mütəxəssislərimiz, təcrübəli, ixtisaslı ekspertlərimiz var: “Daha konkret desək, təyin olunmuş ekspertizların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə və Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinə tapşırılıb”.

Sail Ağasəlim