Qarabağ Universitetinin yataqxanasının görüntüləri yayıldı - Video

qarabag-universitetinin-yataqxanasinin-goruntuleri-yayildi
Oxunma sayı: 3780

Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Yataqxana ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti üçün nəzərdə tutulub.

Qeyd edək ki, Qarabağ Universitetinə bu tədris ilindən etibarən tələbə qəbulu nəzərdə tutulur. Universitetdə bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq. Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması planlaşdırılır.

Qarabağ Universitetinin yataqxanasının görüntülərini təqdim edirik: