Ermənistan Fransa ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

ermenistan-fransa-ile-mudafie-sahesinde-emekdasligi-muzakire-edib
Oxunma sayı: 1016

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Xarici əlaqələr, Müdafiə, Silahlı Qüvvələr və Avropa məsələləri üzrə komissiyalarının üzvü Ronan Le Gleut ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, tərəflər görüş zamanı Ermənistan Silahlı Qüvvələrində həyata keçirilən islahatları, eləcə də Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlığı, İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığına dair məsələləri müzakirə ediblər.