Kremldən Blinkenin çağırışına cavab

kremlden-blinkenin-cagirisina-cavab
Oxunma sayı: 3538

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna münaqişəsinin beynəlxalq ictimaiyyətin maraqları və BMT Nizamnaməsi əsasında müzakirə edilməsinin zəruriliyi ilə bağlı bəyanatına cavab verib. 

“Qafqazinfo” xəbər verir ki, o xatırladıb ki, Rusiya 2022-ci ildə danışıqlar təklifinə konstruktiv cavab verməyə hazır olduğunu təsdiqləyib.

Diplomat qeyd edib ki, Rusiya Minsk razılaşmaları və onların BMT Təhlükəsizlik Şurasının qətnaməsi şəklində konsolidasiyası təşəbbüsü ilə artıq beynəlxalq hüquqa hörmət nümayiş etdirib.

Zaxarovanın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskini Moskva ilə danışıqlara qadağa qoymağa məcbur edən ABŞ olub.