Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı

qazaxistanin-sabiq-din-rehberi-saxlanildi
Oxunma sayı: 2344

Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Sabiq nazir ötən gün 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıb.

E. Turqumbayev “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui- istifadə” maddəsi üzrə ittiham olunur.

“Cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ibtidai istintaqın digər detalları açıqlanmır”, - Baş Prokurorluqdan bildirilib.