Ermənistan kütləvi zirehli dəbilqə istehsalına başladı

ermenistan-kutlevi-zirehli-debilqe-istehsalina-basladi
Oxunma sayı: 1792

Ermənistanda zirehli dəbilqələrin kütləvi istehsalına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, dəbilqələr “Wolverine” şirkətinə məxsusdur. Bu, Ermənistanda bu növ məhsul istehsal edən yeganə müəssisədir.

İllik istehsal gücü 24 min dəbilqə olan şirkət bir neçə illik sınaqdan sonra kütləvi istehsala başlamaq qərarına gəlib.