“Threads” Türkiyədə bağlandı

threads-turkiyede-baglandi
Oxunma sayı: 3707

“Threads” tətbiqi Türkiyədə bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumunun qərarı ilə olub.

Belə ki, Qurum keçən ay “Threads” və “Instagram”ı birləşdirən “Meta”ya qarşı mövqeyindən sui-istifadə etdiyi iddiası ilə müvəqqəti qərar vermişdi.

Qeyd edək ki, 2023-cü ilin iyulunda bütün dünyada istifadəyə verilən “Threads” cəmi 2 saat ərzində 2 milyon istifadəçiyə çatdı. Tətbiq 5-ci günün sonunda 100 milyon istifadəçini keçdi. Sonradan böyümə sürətində yavaşlama göstərən “Threads” hazırda təxminən 150 milyon aylıq aktiv istifadəçiyə malikdir.