Ermənistan ordusunda kadr dəyişiklikləri olub - Yenilənib

ermenistan-ordusunda-kadr-deyisiklikleri-olub
Oxunma sayı: 2757

Ermənistan Silahlı Qüvvələrində kadr dəyişikliyi həyata keçirilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan general-mayor Artak Budaqyanı Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin edib. 

Bununla yanaşı, polkovnik Artur Eronyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərinin müavini təyin edilib. 

Eyni zamanda, Xaçaturyan digər fərmanı ilə general-leytenant Kamo Koçunçu Baş Qərargah rəhbərinin birinci müavini vəzifəsindən azad edib.

***

Xaçaturyan, həmçinin Karen Qriqoryan və Temur Şahnazaryanı Baş Qərargah rəisinin müavinləri təyin edib. 

Bununla yanaşı, David Aleksanyan Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığı idarəsinin rəisi, Armen Seyranyan isə Ermənistan SQ-nin Strateji Planlaşdırma idarəsinin rəhbəri təyin edilib.