“Ermənistan Türkiyə ilə dövlət sərhədlərinin tez bir zamanda açılmasını istəyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinə açıqlamasında deyib.
Ermənistan xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, iki ölkənin liderləri, Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında daimi təmas var və bu, müsbət dinamikanı təmin edir.
Onun sözlərinə görə, hazırda tərəflər iki dövlətin sərhədindəki tarixi Ani körpüsünün bərpası layihəsini müzakirə edirlər. Sərhəd rayonlarında infrastruktur və yolların tikintisi ilə bağlı da müəyyən razılaşmalar əldə olunub.