“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz” - Leyla Abdullayeva

ermenistanin-bas-nazirinden-daha-cox-ermeni-ola-bilmezsiniz
Oxunma sayı: 8602

“Ermənistanın Baş nazirindən daha çox erməni ola bilməzsiniz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France 24” telekanalının efirində aparıcının xalqların öz müqəddəratını təyin etmək hüquqları ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.

L.Abdullayeva çıxışı zamanı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu yaxınlarda Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu etiraf etməsini xatırladıb.

Abdullayeva eyni zamanda Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı dinc əhali və infrastrukturu hədəf almadığını, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirdiyini diqqətə çatdırıb. 

Səfir, həmçinin bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyəti arasında baş tutan dialoq və burada müzakirə olunan mövzular barədə də məlumat verib.