Ermənistanın sabiq nazirinə qarşı cinayət işi açıldı

ermenistanin-sabiq-nazirine-qarsi-cinayet-isi-acildi
Oxunma sayı: 1295

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyana qarşı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Xatırladaq ki, son günlər Ermənistan İqtisadiyyat Nazirliyinin qalmaqallı hadisələrində adının hallanması ilə əlaqədar Kerobyan istefa verib.

Qeyd edək ki, mübahisəli məsələlərin ardınca Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın xanımı Ani Gevorkyan həbs olunmuşdu.