“Ermənistan son zamanlar KTMT Katibliyinin fəaliyyətində iştirak etmir”.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına baxmayaraq, ölkənin təşkilatda iştirakının dayandırılması ilə bağlı rəsmi sənədlər daxil olmayıb.
Tasmaqambetov, həmçinin bildirib ki, KTMT-yə üzvlüklə bağlı Ermənistanın siyası ayıq-sayıqlığına ümid edir.