“Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik” - Prezident

ermenistanla-sulh-danisiqlarinin-feal-merhelesindeyik
Oxunma sayı: 2342

“Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında deyib.

“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, - deyə dövlət başçısı bildirib.